Şahmatımızın Gövhəri
İtaliyada gənclər arasında dünya çempionatı keçirilir.
Sportline.az xəbər verir ki, təmsilçimiz Gövhər Beydullayeva bütün rəqiblərini qabaqlayaraq çempionluğu bayram edib.
Şahmatçımız şahmatın rapid növündə 11 tur ərzində ümumilikdə 9 xal toplayıb ki, bu da çempion olmağa yetərli olub.
Digər təmsilçimiz Məhəmməd Muradlı isə 6,5 xalla 8-ci yeri tutub.
Mötəbər yarış blits növündə davam edəcək.