Şahruddinin komandasında ayrılıq
Millimizin üzvü Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor"un ulduz futbolçusu Luiş Nani komandanı tərk edəcək.
Sportline.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi mövsümün sonunda Adanadan ayrılacaq.
Klub rəsmiləri X sosial şəbəkəsində bu xəbəri təsdiqləyərək portuqaliyalı futbolçuya təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, cari mövsümdə 34 oyuna çıxan Nani 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalında onun təxmini dəyəri 275 min avrodur.