Şahruddinin ulduz komanda yoldaşı qayıdır
Milli komandamızın üzvü Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" sabah Türkiyə Super Liqasında növbəti oyuna çıxacaq.
Sportline.az xəbər verir ki, Adana təmsilçisi "Trabzonspor"u qəbul edəcək.
Oyunqabağı komandanın azarkeşləri üçün şad xəbər yayılıb.
Fanatik.com.tr-nin verdiyi məlumata görə, "Adana Demirspor"un zədəsini sağaldan ulduz hücumçusu Mario Balotelli sabahkı oyunda meydana çıxacaq.