"Şəfa"dan yeni transfer
"Şəfa" klubu növbəti transferi reallaşdırıb.
Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi Andrey Fernando Draqu ilə anlaşıb.
26 yaşlı rumıniyalı ilə 1+1 illik müqavilə imzalanıb.
Son olaraq “Unirea Sloboziya” klubunda çıxış edən Draqu karyerası ərzində “Vitorul Tarqu”, “Botoşani” və “Universitatea Krayova” kimi komandaların şərəfini qoruyub.