Şenol Günəş milli komandaya dəvət alıb

Türkiyə seçmə komandasının keçmiş baş məşqçisi Şenol Günəş Azərbaycan millisindən dəvət aldığını bildirib.

Sportline.az Sporx.com.tr-yə istinadla xəbər verir ki, təcrübəli mütəxəssis təklifə müsbət cavab veridiyini deyib. Şenol Günəş açıqlamasında "Azərbaycan millisini çalışdırmaqdan qürur duyaram. Bu mənim üçün fəxr olar. Azərbaycan Futbol Federasiyasının (AFFA) rəsmiləri tərəfindən təklif gəlib. Üz-üzə danışmaq üçn Bakıya gedəcəyəm",-deyib. 

Qeyd edək ki, Şenol Günəş daha öncə Türkiyə millisi ilə çıxdığı 82 oyunda 38 qələbə, 23 heç-heçə və 21 məğlubiyyətlə yadda qalıb.