Şenol Güneş tənqidlərə cavab verdi
“Beşiktaş”ın baş məşqçisi Şenol Güneş “Trabzonspor”la oyundan sonra azarkeşlərin və medianın tənqidlərinə cavab verib.
Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, o, açıqlamasında "Hər dəfə milli fasilədən sonra səfərə yollanırıq. Cümə axşamı və cümə günü gələn oyunçular var. Bizdə olan oyunçularla məşq edirik, sonra gələnlərlə çalışırıq. Onların fiziki vəziyyətindən xəbərimiz olmur. Azarkeşlər sadəcə izlədikləri tərəfi bilir, geri qalan hissədən isə xəbərləri yoxdur", - deyib.
Qeyd edək ki, “Trabzonspor” “Beşiktaş” görüşü meydan sahiblərinin 3-0 hesablı qələbəsiylə başa çatmışdı.