Şeydayev oynamadı, komandası 1 xalla kifayətləndi

Türkiyə Super Liqasında növbəti turun görüşləri keçirilib. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" 7-ci tur çərçivəsində "Akhisar"ı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Ramil Şeydayev bu oyunu ehtiyatdan izləyib.

Qeyd edək ki, aktivində 7 xalı olan Qara dəniz təmsilçisi 12-ci pillədə qərarlaşıb.