Şimanski "Napoli" və "Mançester Yunayted"in hədəfində

“Fənərbağça”nın yarımmüdafiəçisi Sebastyan Şimanski 2 böyük klubun diqqətindədir.

Sportline.az “Yeni Şafak”a istinadla xəbər verir ki, bunlar “Napoli” və “Mançester Yunayted”dir.

“Qırmızı şeytanlar” gələn ay Şimanskini heyətlərinə qatmaq üçün cəhd edəcəklər.

Fantastik oyun sərgiləyən futbolçu cari mövsüm 22 oyun keçirib. O bu müddətdə 9 qol və 7 məhsuldar ötürməyə imza atıb.