Simeone Türkiyə klubunun düşərgəsində

“Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simeone “Eyüpspor”un düşərgəsində olub.

Təcrübəli mütəxəssis Türkiyəyə gələrək keçmiş futbolçusu Arda Turan və onun çalışdırdığı klubu ziyarət edib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Simeone gəlişi zamanı media nümayəndlərinə “Arda Turanın məşqçiliyi mənə maraqlı gəldi. Onu və komandasını ziyarət etmək və komandada futbolçuların hansı vəziyyətdə olduğunu görmək istədim”, - deyib.

Qeyd edək ki, Dieqo Simeone Arda Turanın bu klubla uğur qazanacağına inandığını da bildirib.