“Sivasspor” - “Fənərbağça” oyununun əcnəbi VAR hakimi müəyyənləşib
Türkiyə Super Liqanın 33-ci turunda keçiriləcək “Sivasspor” - “Fənərbağça” oyununun VAR təyinatı açıqlanıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, matçın VAR hakimi Almaniya Futbol Federasiyasından Benjamin Brand olacaq.
Qarşılaşmanın baş hakimi isə Cihan Aydındır.
Qeyd edək ki, “Sivas 4 Eylül Stadion”unda keçiriləcək matçın start fiti bugün saat 21:00-da səslənəcək.