"Sivasspor" heyəti gücləndirib
Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqiblərindən olan Türkiyənin "Sivasspor” klubu heyətə yeni futbolçu cəlb edib.
Sportline.az xəbər verir ki, Super Liqa təmsilçisi son olaraq Səudiyyə Ərəbistanının “Əl Vəhdə” komandasının formasını geyinmiş Əmrə Çolakla anlaşıb.
Azad agent statusu daşıyan 29 yaşlı yarımmüdafiəçi artıq Sivasdadır.
Bundan əvvəl İspaniya “Deportivo”sunda da çıxış edən təcrübəli futbolçu Avroliqada sivaslıların gücünə güc qatmalıdır.
Qeyd edək ki, Avropa Liqasının İ qrupunda "Qarabağ"ın rəqibləri "Sivasspor", "Vilyarreal” və "Makkabi” (Təl-Əviv) olacaq.
Ölkə çempionumuz Türkiyə təmsilçisi ilə noyabrın 5-i və 26-da üz-üzə gələcək.