"Sivasspor" Qayç üçün son təklifi ünvanladı
"Sivasspor" Adolfo Qayçın transferində israrlıdır.
Sportline.az championat.com-a istinadla xəbər verir ki, Türkiyə təmsilçisi bununla bağlı Moskva ÇSKA-sına növbəti təklif göndərib.
Argentinalı forvardla Türkiyənin "Alanyaspor", "Kayserispor" və "Rizespor" klubları da yaxından maraqlanır.
Qeyd edək ki, Qayç 2020-ci ildə 8,5 milyon avro qarşlığında "San-Lorenso"dan ÇSKA-ya keçmişdi.