Spaletti "Milan"a keçməyə yaxındır

"Milan" baş məşqçi dəyişikliyi etmək üzrədir.

Spoetline.az xəbər verir ki, Marko Campaolonu istefaya göndərməyə hazırlaşan A seriyası klubu "Zenit"in sabiq çalışdırıcısı Luçano Spaletti ilə razılığa gəlib. Razılığa əsasən, 60 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Milan" hazırda A seriyasında 9 xalla 13-cüdür.