“Spartak”ın futbolçusu Bakıya gələ bilməyəcək

Kvinsi Promes “Spartak”ın “Neftçi” ilə Bakıda keçirəcəyi görüşdə iştirak etməyəcək.

Sportline.az vəkil İqor Buşmanovun sözlərinə istinadən xəbər verir ki,Moskva “Spartak”ının üzvü Kvinsi Promes Holladiyaya ekstradisiya olunmaq riski daşıdığından mart ayınada Azərbaycana səfər etməkdən çəkinməlidir.

Qeyd edək ki,”Spartak Moskva” ilə “Neftçi” martın 23-də Bakıda yoldaşlıq oyunu keçirəcək.Kvinsi Promes küllü miqdarda narkotik vasitəsinin alverində iştirak etdiyi üçün fevralın 14-də Amsterdan Rayon Məhsəməsi tərəfindən 6 il müddətinə azadlıqdan məhrum edilib.