"Spartak"ın tarixində ikinci ən bahalı transfer
Hücumcu Manfred Uqaldenin “Tvente”dən Moskva “Spartak”ına keçidindən sonra məhşur Transfermarkt portalı Rusiya klubunun ən bahalı transferlər reytinqini yeniləyib.
Sportline.az xəbər verir ki, 13 milyon avro qarşılığında heyətə cəlb edilən Uqalde Qus Tildən (18 milyon avro, Az Alkmar) sonra “Spartak”ın ən bahalı ikinci transferi olub.
Siyahının ilk üçlüyünü isə “Sampdoriya”dan 12.5 milyon avroya transfer edilən Fernando tamamlayır.
“Tvente”nin heyətində 84 oyuna çixan Uqaldenin aktivində 22 qol, 13 məhsuldar ötürmə var