"Sportinq" "Kayrat"la üz-üzə gələcək
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turuna bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, "Sportinq" öz meydanında "Kayrat"la üz-üzə gələcək.
Portuqaliya klubunda Ousmane Diomande, Daniel Braqansa, Geni Katamo, Hidemasa Morita və Nuno Santos baş məşqçi Ruy Borgesin sərəncamında olmayacaq.
"Kayrat"da isə Aleksander Zarutskiy, Temirlan Anarbekov, Giorgi Zaria, Elder Santana və Joao Paulo zədədən əziyyət çəkir.
Qeyd edək ki, start fiti 23:00-da səslənəcək matçı Damian Silevestrak idarə edəcək.