"Sportinq"in futbolçu İngiltərə klublarının diqqət mərkəzinə düşüb

"Sportinq"in futbolçu İngiltərə klublarının diqqət mərkəzinə düşüb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, söhbət Viktor Qyokerşdən gedir. 25 yaşlı hücumçu mövsüm sonunda İngiltərə nəhənglərindən birinə qatıla bilər.

"Arsenal", "Mançester Siti" və "Liverpul" klubları təcrübəli hücumçunu heyətinə qatmaq üçün "Sportinq" rəsmiləri ilə danışıqlara başlamaq niyyətindədirlər.

Qeyd edək ki, Viktor Qyokerş bu mövsüm çıxdığı 36 matçda 32 qolla yadda qalıb.