Stas Pokatilov "Sabah"la müqavilə müddətini artırıb
“Sabah” klubu qapıçısı Stas Pokatilovla müqavilənin müddətini artırıb.
Bu barədə Sportline.az-a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Qazaxıstan millisinin üzvü ilə mövsümün sonunda başa çatan sözləşmənin müddəti daha bir il uzadılıb.
Qeyd edək ki, Pokatilov 2025-ci ilin yanvarından “Sabah”ın uğurları üçün çalışır. O, son mövsümdə komandanın heyətində ümumilikdə 19 oyun keçirib.