Stefano Pioli: “Milan” Avropa Liqasının 6-cı favoritidir

“Milan”ın baş məşqçisi Stefano Pioli Avropa Liqasının 1/16 final mərhələsində “Renn” üzərində ilk oyunda (3-0) inamlı qələbəni şəhr edib,həmçinin “Rossoneri”nin turnirdə qalib olmaq şanslarını dəyərləndirib.

Sportline.az xəbər verir ki,təcrübəli mütəxəssis “News” nəşrinə verdiyi müsahibədə :“İkinci oyun üçün üstünlük əldə etmək istəyirdik və buna nail olduq,amma bununla bitməyəcəyini bilirik.Mən futbolçularıma tam sərbəstlik verirəm,sonra isə onlar ,xüxusən də istedadlılar hiss edib oynamalı,məqsədə çatmağa çalışmalıdırdar. Biz "Milan"ıq, ambisiyalarımız var.Qalib gəlmək şansı cəmi 5 % olan, altıncı favoritik. İndi yalnız cavab oyunu haqda düşünürük, sonra oyundan oyuna irəlliyərək sona çatmaq istəyirik”,-deyib.

Qeyd edək ki,tərəflər arasında cavab oyunu fevralın 22-də Renndə keçiriləcək.