Sterlinq tarixə düşdü
Yay transfer dönəmində “Çelsi”dən “Arsenal”a icarə əsasında transfer olunan Rahim Sterlinq Çempionlar Liqası tarixində ilkə imza atıb.
Sportline.az xəbər verir ki, söhbət onun UEFA Çempionlar Liqsındakı göstəricisindən gedir.
Ötən gecə keçirilən “Atalanta” – “Arsenal” matçında 73-cü dəqiqədə meydana daxil olan futbolçu 4 fərqli ingilis klubu ilə Çempionlar Liqasında meydana çıxan ilk oyunçu olub.
Qeyd edək ki, “Atalanta” – “Arsenal” matçı 0-0 hesabı ilə başa çatıb.