İngiltərəli futbolçudan oğrulara qarşı maraqlı addım
İngiltərəli futbolçu Sterlinq oğrulara qarşı maraqlı addım atıb.
Sportline.az "The Sun"a istinadla xəbər verir ki, ingiltərəli ulduz Berkşirdəki evində təhlükəsizlik qapısı və təhlükəsiz telefon xəttləri olan sığınacaq tikməyi planlaşdırır.
Bildirilir ki, 29 yaşlı futbolçu 2022-ci ilin dekabrında Dünya Kubokunda olarkən Surreydəki evi qarət edildikdən sonra bu məsələlərə çox daha diqqətli yanaşır.
Qeyd edək ki, Sterlinq bu mövsüm "Çelsi" forması ilə çıxdığı 32 oyunda 8 qol, 8 asistlə yadda qalıb.