Stolüstü tennisçilərimiz Avropa birinciliyində

Yeniyetmə stolüstü tennisçilərimiz Avropa birinciliyinə qatılacaqlar.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Sportline.az-a verilən məlumata görə, seçmə komandamız bu məqsədlə Rumıniya paytaxtına yollanıb.

Buxarest sınaqlarında 4 idmançımız bacarığını göstərəcək. Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallı seçmə komandanın məşqçiləri Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə qələbə uğrunda mübarizə aparacaq.

Yarışlara mayın 22-də start veriləcək. Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Zaur Mikayılov da Avropa birinciliyinə dəvət alıb.

Təcrübəli hakim yarışın oyunlarını idarə edəcək.