Stounz "İnter"ə gedir
"Mançester Siti"dən azad agent kimi ayrılan Con Stounz karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Sportline.az xəbər verir ki, "İnter" 32 yaşlı oyunçu heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Sky İtalia" nəşri məlumat yayıb.
Qeyd edək ki, C.Stounz dəyəri 12 milyon avrodur.