"Sumqayıt" qalib gəlib, "Qəbələ" "Zirə" görüşü heç-heçə ilə başa çatıb

Bu gün Azərbaycan Premyer Liqasında növbəti oyunlar keçiriləcək. 

Sportline.az xəbər verir ki, XXI turun ikinci günündə 2 qarşılaşma olacaq.

10 ildən sonra çempionat oyunu keçiriləcək Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Sumqayıt”la “Neftçi” münasibətləri aydınlaşdıracaq.

Gününü digər matçında isə  “Zirə” “Qəbələ”nin qonağı olacaq.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXI tur
4 fevral (bazar)

15:00. “Sumqayıt” – “Neftçi” 2-1
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Baş hakim: Elçin Məsiyev
Qollar: Ninqa 8, 37, Filip Ozobiç 90+7


17:30. “Qəbələ” – “Zirə” 1-1
Qəbələ şəhər stadionu. Baş hakim: Rəşad Əhmədov

Qol: Ülvi İsgəndərov 14, İlkin Muradov 17,