Sumqayıtda anşlaq gözlənilir

Azərbaycan Premyer Liqasının XXI turunun “Sumqayıt” – “Neftçi” oyununda anşlaq gözlənilir. 

Sportline.az xəbər verir ki, yeni stadionun açılış matçında mövsümün azarkeş rekordu qırıla bilər.

Artıq bu görüş üçün satışa çıxarılan biletlər bitmək üzrədir.

9000-ə yaxın tamaşaçı tutumuna malik olan arenada təşkil olunacaq qarşılaşmaya 8800 bilet satışa çıxarılmışdı. 

Qeyd edək ki, fevralın 4-də keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 15:00-da başlanacaq.