"Sumqayıt"ın ayağı sınan futbolçusunun son durumu

"Sumqayıt" klubunun futbolçusu Kristian Velinovski əməliyyat olunub.

Sportline.az xəbər verir ki, ayağı sınan 24 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurla başa çatıb.

Şimali Makedoniyadan olan oyunçunun ayağı 14 gün gipsdə qalacaq.

Bu müddət ərzində xəstəxanada qalacaq oyunçu 4 həftə sonra əl ağacı olmadan yeriyə biləcək.

Onun 3-4 ay sonra məşqə başlayacağı gözlənilir.

Qeyd edək ki, Kristian Velinovski "Lerik"ə 6:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun II təsnifat mərhələsinin matçında zədələnib.