Super Liqa klubunda baş məşqçi ayrılığı
Türkiyənin "Hatayspor" klubu baş məşqçi Özhan Pulatla yollarını ayırıb.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, 39 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Hatayspor"la 8 oyun keçirən Pulat matç başına orta hesabla 1,13 xal qazanıb.
Qeyd edək ki, klubun baş məşqçi postuna Rıza Çalımbayın gətiriləcəyi gözlənilir.