“Superclasico”da qalib müəyyənləşmədi
Argentina Premyer Liqasını 7-ci həftəsində “Superclasico” derbisində “River Pleyt” ilə “Boka Xuniors” qarşılaşıb.
Sportline.az xeber verir ki,”River Pleyt”in stadionu ‘Mas Monumental”da keçirilən matç 1-1 hesabı ilə yekunlaşıb.
Meydan sahiblərinin 49-cu dəqiqədə Pablo Solari ilə vurduğu qola qonaqlar 70-ci dəqiqədə Kristian Medina ilə cavab veriblər.
Qeyd edək ki,liqanın ilk mərhələsində ‘River Pleyt” 13 xalla A qrupunda lider ,”Boka Xuniors” isə 10 xalla B qrupunda 7-ci pillədə qərarlaşıb.