Superliqa klubunda baş məşqçi ayrılığı
"Antalyaspor” baş məşqçisi Tamer Tuna ilə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Tunanın istefasına klub rəhbərliyi ilə arasındakı fikir ayrılığı səbəb göstərilib.
Mütəxəssis bu ilin yanvarından komandanı çalışdırırdı.