Tahir Gözəl: "Məqsədimiz ancaq Çempionlar Liqasıdır, Bolqarıstana qələbə üçün gedəcəyik"

“Qarabağ” klubunun prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Ludoqorets”ə məğlubiyyəti (1:2) şərh edib. 

Sportline.az xəbər verir ki, klub prezidenti cavab görüşünə qələbə üçün çıxacaqlarını deyib:

"Ludoqorets”in qapıçısı çox yaxşı oynadı. Bizim sadəcə bəxtimiz gətirmədi. Onların qapıçısı komandasını xilas etdi. Bolqarıstan çempionu ilə oynadıq. Hələ heç nə həll olunmayıb. Bolqarıstanda komanda ilə birlikdə olacam. Bir az da üzərinə qoysaq, bu rəqibi keçəcəyik. Bizim məqsədimiz ancaq Çempionlar Liqasıdır. Biz ora qələbə üçün gedəcəyik".

Qeyd edək ki, “Qarabağ” avqustun 13-də Razqradda “Ludoqorets”lə cavab görüşünə çıxacaq.