"Tanqoçular" sevindi, "sambaçılar" üzüldü

Braziliya və Argentina milliləri DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlarını keçiriblər.

Sportline.az xəbər verir ki, son dünya çempionları Perunun qonağı olub.

"Tanqoçular" Lionel Messinin 32 və 42-ci dəqiqələrdə vurduğu qollar sayəsində 2:0 hesablı qələbə qazanıb.

"Sambaçılar" isə səfərdə Uruqvaya eyni hesabla yenilib. Meydan sahiblərinin heyətində 42-ci dəqiqədə Darvin Nunyes, 77-ci dəqiqədə Nikolas de la Kruz fərqlənib.

Bu nəticələrdən sonra Argentina 12 xalla liderliyini davam etdirir. Braziliya 7 xalla 2-4-cü yerləri bölüşdürür.