Taribo Uest: "İtaliya mafiyası həkimlərə rüşvət verdi"

Nigeriya millisinin sabiq futbolçusu Taribo Uest vaxtilə çıxış etdiyi İtaliyanın "Milan" klubundan ayrılmasının səbəbini açıqlayıb.

Sportline.az "Score Nigeria" nəşrinə istinadən xəbər verir ki, 45 yaşlı sabiq müdafiəçi İtaliya mafiyasının təzyiqinə görə komandadan getmək məcburiyyətində qaldığını bildirib: "Zədəli olduğumu demələri üçün həkimlərə rüşvət verdilər. Amma bunlar doğru deyildi. Məni komandadan atmaq istədilər, çünki afrikalıları İtaliya klubunda görmək istəmirdilər".

Qeyd edək ki, Taribo Uest "Milan"da 1999/2000 mövsümündə çıxış edib.