"Telekom" "Lokomotiv"i üstələdi

Qadın voleybolçular arasında Azərbaycan "Super Liqa"sında 2-ci dövrəyə start verilib. SportLine.az xəbər verir ki, oyun gününün ilk matçında "Telekom" və "Lokomotiv" komandaları üz-üzə gəlib. Gərgin mübarizə ilə yadda qalan görüşdə "rabitəçilər" qələbə qazanıb.

30 noyabr 2015
"Super Liqa", 6-cı tur

“Telekom” – “Lokomotiv” - 3:2 (20:25; 18:25, 25:21, 25:16, 15:12)
İlk dövrə: “Lokomotiv” – “Telekom” - 1:3 (22:25; 25:15; 21:25; 25:27)