Ten Haq komandasına inanır
Bu mövsüm istədiyi kimi çıxış etməyən "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandasına inandığını açıqlayıb.
Sportline.az xəbər verir ki, mütəxəssis bu barədə "Goal"a danışıb.
“Mançester Yunayted"də hər oyun fərqli olur. Bu klubla əlaqəli hər kəsə hər gün təzyiq var. Mövsümün başlanğıcı istədiyimiz kimi olmasa da, düzgün istiqamətdə hərəkət etmək üçün istedadlı oyunçularımız var. İnanıram ki, əsl mənliyimizi göstərməyimiz yalnız zaman məsələsidir. Bu, baş verəcək, mən əminəm. Mən bu oyunçulara inanmağa davam edirəm və əminəm ki, mövsümə çətin startdan sonra daha yaxşı olacağıq" - deyə ten Haq bildirib.