Ten Haq: "Tamamilə qəbuledilməzdir"

Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq ötən gecə Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"a (2:3) uduzmaqlarını şərh edib.

Sportline.az xəbər verir ki, o, qəbuledilməz səhvlərə yol verdiklərini deyib: “Etdiyimiz zehni səhvlər bu səviyyədə tamamilə qəbuledilməzdir. Çünki belə şeylərə görə mütləq cəzalandırılırsan. Biz komanda olaraq buna cavabdehik. İki dəfə üstünlüyü ələ keçirdik və oyuna nəzarət etdik, lakin hər şeyi itirdik. Təbii ki, biz özümüzdən daha çox şey gözləyirik”.

Qeyd edək ki, hazırda “Qalatasaray” 2 oyundan dörd xalla A qrupunda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır. “Mançester Yunayted” isə 0 xalla sonuncudur.