Teo Hernandez Kriştianu Ronaldu haqqında maraqlı açıqlama verib
Fransalı futbolçu Teo Hernandez Kriştianu Ronaldu haqqında maraqlı açıqlama verib.
Sportline.az xəbər verir ki, 26 yaşlı cinah müdafiəçisi "Real Madrid"də çıxış etdiyi zaman haqqında açıqlmasında :"Mən İspaniya klubuna 19 yaşımda transfer olundum və Kriştianu Ronaldu mənimlə çox maraqlandı. Gənc olduğum üçün daima diqqəti mənim üzərimdə idi. Hazırki vəziyyətim üçün ona minnətdaram. Ronaldunun komanda yoldaşı olduğum və Messi ilə rəqib olma fürsəti qazandığım üçün çox şanslıyam",-deyib.
Qeyd edək ki, Teo Hernandez 2018-2019 mövsümndə "Real Madrid" klubunda çıxış edib.