Teo Hernandezin yeni klubu bilinib

“Milan”ın müdafiəçisi Teo Ernandes yaxın günlərdə Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal”a transfer olacaq.

Sportline.az "RMC Sport"a istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun transferi son mərhələdədir və tərəflər artıq son detalları razılaşdırır.

Razılaşdırılan transfer məbləği təxminən 30 milyon avrodur. Ernandes yeni klubunda illik 20 milyon avro qazanacağı 3 illik müqaviləyə imza atacaq.

Beləliklə, ümumi gəliri 60 milyon avro təşkil edəcək.