Təxirə salınmış oyunda "Gəncə" basketbolçuları qələbə qazanıblar
Azərbaycan Basketbol Liqasında XV turdan təxirə salınmış oyun keçirilib.
Sportline.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində "Gəncə" "Olimpik Şəki" ilə qarşılaşıb. Görüş qərb təmsilçisinin 89:76 hesablı qələbəsi ilə tamamlanıb.
Ən məhsuldar basketbolçular "Gəncə"dən Amil Həmzəyev (21 xal, 12 ribaund), "Olimpik Şəki"dən isə Larri Robinson (22 xal, 8 ribaund) olublar.