Teymur Rəcəbov: "Bunu əvvəldən bilsəydim..."
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov Rusiya mətbuatına açıqlama verib.
Sportline.az xəbər verir ki, "qazeta.ru"ya danışan Rəcəbov dünya çempionu Maqnus Karlsenin şahmat tacı uğrunda görüşdən imtina edəcəyini əvvəlcədən bilsəydi, 2022-ci ildəki Namizədlər Turnirindəki oyununu dəyişdirəcəyini söyləyib:
"Dörd oyundan ikisini uduzmuşdum. Bütün variantları yoxlayırdım, amma açığı, ən yaxşı formamda deyildim. Xüsusi sağlamlıq problemlərim var idi. Praktiki olaraq həyatınızın ən vacib turnirlərindən birini oynayırsız və sona qədər mübarizə aparmalısız. Ancaq fiziki durumum oyunlara təsir etdi.
İki məğlubiyyətdən sonra daha rahat oynamağa başladım. Artıq məsuliyyət üzərimdən qalxmışdı və heç kim məndən nəsə gözləmirdi. Sərbəst oynağa başlamışdım. Daha sonra Maqnusun şahmat tacı uğrunda görüşdən imtina etdiyini bildim. Bunu əvvəldən bilsəydim, ikinci yer tutmaq üçün bəzi şeyləri dəyişə bilərdim".
Teymur Rəcəbov ötən il İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində üçüncü yeri tutub.