Teymur Rəcəbovdan gözlənilməz məğlubiyyət
Bakıda təşkil edilən şahmat üzrə Dünya Kubokunda 3-cü mərhələnin tay-brek görüşləri keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov İspaniya təmsilçisi Hayme Santosla üz-üzə gəlib. İlk partiya Santosun uğurlu oyunu ilə yadda qalıb. Ağ fiqurlarla oynayan Rəcəbov məğlubiyyət acısı yaşayıb. İkinci görüşdə tərəflər heç-heçə edib. Yekunda ümumi nəticəyə əsasən Hayme Santos 116 finala adlayıb. Teymur Rəcəbov yarışda iştirakını dayandırıb.
Azərbaycanın digər təmsilçisi Rauf Məmmədov da komanda yoldaşının aqibətini təkrarlayıb. R.Məmmədov FIDE adından çıxış edən Yan Nepomnyaşiyə hər iki oyunda uduzmaqla turnirlə vidalaşıb.
Ölkəmizin yarışda son təmsilçisi Nicat Abasov təcrübəli Aniş Girini üstələməklə növbəti mərhələyə vəsiqəni təmin edib. İlk rapid oyununda Aniş Giri qələbə qazansa da, Nicat Abasov ikinci oyunda hesabı bərabərləşdirib. İlk iki blits partiyasında tərəflər heç-heçəyə razılaşıb 0,5-0,5; 0,5-0,5. Növbəti blits partiyaları həlledici olub. Birinci blits bərabərliklə yekunlaşsa da, növbəti oyun Nicat Abasovun qələbəsi ilə sona çatıb.
Sabah Dünya Kubokunda istirahət günüdü. Avqustun 9-da Nicat Abasov FIDE adından çıxış edən Pyotr Svidlerlə qarşılaşacaq.