Teymur Rəcəbovun iştirakı ilə "ustad dərsi" keçirilib
Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə növbəti dəfə "ustad dərsi" keçirilib.
Bu barədə Sportline.az-a qurumdan məlumat verilib.
Yeniyetmələr arasında respublika çempionatının qalib və mükafatçıları, o cümlədən perspektivli şahmatçılar bu dəfə Dünya Kubokunun qalibi, üçqat Avropa çempionu Teymur Rəcəbovla görüşüblər.
Mötəbər yarışlara hazırlıq barədə danışan qrossmeyster müxtəlif partiyaları təhlil edərək, sonda uşaqların suallarına cavab verib.
Qeyd edək ki, oktyabrda kişi şahmatçılardan ibarət Azərbaycan yığması Gürcüstanda keçiriləcək komandalar arasında Avropa çempionatında iştirak edəcək. Millinin kapitanı Teymur Rəcəbov olacaq.