TFF Super Kubok oyununun keçiriləcəyi tarixi açıqlayıb
"Fənərbağca" ilə "Qalatasaray" arasında keçiriləcək Super Kubok oyununun vaxtı və məkanı açıqlanıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, qarşılaşma aprelin 7-də "11 Nisan" stadionunda keçiriləcək.
"Şanlı Urfaspor" klubunun rəsmiləri daha öncə oyunun Şanlı Urfada keçiriləcəyi ilə bağlı məlumat vermişdilər.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.