Tiaqo Silvanın həyat yoldaşı üzr istəyib
"Çelsi" klubunun futbolçusu Tiaqo Silvanın həyat yoldaşı Poçettinodan üzr istəyib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, İzabelle Silva daha öncə :"Poçettinonun baş məşqçiliklə uzaqdan yaxından əlaqəsi yoxdur. O, komandadan təcili olaraq ayrılmalıdır",-deyib.
"Zadəganlar"ın rəsmiləri isə futbolçunun həyat yoldaşından bu dedikıləri üçün üzr istəməsini tələb ediblər.
Qeyd edək ki, klub azarkeşləri isə baş verən hadisədə Tiaqo Silvanın həyat yoldaşını dəstəklədiklərini bildirmişdilər.