Titulunu gələn il qoruyacaq
UFC-nin yüngül çəkidəki çempionu İslam Maxaçovun növbəti döyüşünün vaxtı açıqlanıb.
Sportline.az xəbər verir ki, onun meneceri Ali Abdel - Aziz ESPN-ə açıqlamasında Maxaçovun titulunu gələn il qoruyacağını bildirib.
Onun sözlərinə görə rusiyalı idmançı gələn il martın 9-dan tez döyüşə çıxa bilməyəcək.
Qeyd edək ki, bundan əvvəl UFC-nin bu il Maxaçovla Çarlz Oliveyranın Torontoda döyüşünü təşkil edəcəyi haqda məlumat yayılmışdı.