Toğrul Əsgərov: "Nələrin baş verdiyini anlamadım"

"Olimpiada dörd ildən bir keçirilən mötəbər yarışdır. Buradan medalsız qayıtmayacağım üçün sevinirəm". SportLine.az xəbər verir ki, bu sözləri Rio-2016 Olimpiadasının gümüş mükafatçısı, güləşçi Toğrul Əsgərov deyib.

Final görüşü haqda danışan idmançımız, "Bir anda nələrin baş verdiyini anlamadım. Rəqibim çox güclü idi. Bundan savayı, rəqibin başı almacıq sümüyümə dəydi. Bundan sonra gözüm qaraldı, xalçanı görə bilmədim. Nə oldusa, həmin vaxt oldu. İdmanda belə şeylər baş verir. Təəssüf ki, bu vəziyyət rəqibin xeyrinə işlədi", - deyib.

"Ən güclü rəqibim yarımfinaldakı idi", - deyə bildirən Toğrul Əsgərov, "Medalsız qalmadığım üçün sevinsəm də, qızılı əldən verdiyimə heyfslənirəm. Qismət olsa, Tokio Olimpiadasında qələbə qazanaram", - söyləyib.