Tomas Müller rekorda yaxınlaşır

"Bavariya" UEFA Çempionlar Liqasının 2-ci turunda "Kopenhagen"ə 2:1 hesabı ilə qalib gəlib.

Sportline.az xəbər verir ki, hesabda geri düşən münhenlilər Camal Musiala və Matis Telin vurduğu qollarla vəziyyəti öz xeyirlərinə dəyişə biliblər.

Oyunun 77-ci dəqiqəsində meydana çıxan Tomas Müller bununla turnirdəki qələbə sayını 101-ə çatdıraraq bu göstəricidə İker Kasilyasa çatıb.

İndi almaniyalı futbolçu ispan qolkiperlə ikinci-üçüncü yeri bölüşür.

Ən yaxşı göstərici isə 115 qələbə ilə Kriştianu Ronaldunun aktivindədir.