Tomas Tuxel "Mançester Yunayted"i dəyərləndirdi

“Bavariya”nın baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının ilk turunda qarşılaşacaqları “Mançester Yunayted” barədə danışıb.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli çalışdırıcı "Bruno Fernandes və Markus Reşford əks-hücumlarda fantastik oynayırlar, indi isə irəli xətdə Rasmus Hoyland da çıxış edir. Rəqib əla keyfiyyətləri olan futbolçulara sahibdir. Qrupumuzun matçları sona qədər gərgin keçəcək. Buna görə də ehtiyyatlı oynamalıyıq", - deyib.

Qeyd edək ki, “Bavariya” - “Mançester Yunayted görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.