Tomas Tuxel maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb
Tomas Tuxel "Latsio" ilə görüşdə məğlub olduqdan sornra maraqlı açıqlama verib.
Sportline.az xəbər verir ki, təcrübəli çalışdırıcı açıqlamasında :"Mənim komandam lazım olan performanası göstərib. Məğlub olmaq utanc verici deyil. "Bavariya"dakı gələcəyimdən şübhəm yoxdur. Hər kəs tənqid edib. Bizdən başqa məğlub olan çox komanda var, sadəcə biz liderik. Bunun üçün də bütün diqqət bizim üzərimizdədir",-deyib.
Qeyd edək ki, "Bavariya" Çempionlar liqasının 1/8 final mərhələsinin ilk oynunda "Latsio"ya 0-1 hesabı ilə məğlub olub.