Toni Kross karyerasını bitirə bilər
Almaniyalı ulduz futbolçu Toni Kross karyerasını başa vura bilər.
Sportline.az xəbər verir ki, "Real Madrid"in ulduz futbolçusu Toni Kross mövsüm sonunda müqaviləsinin başa çatacağını və komandadan yeni müqavilə təklif olunmadığını bildirib.
Təcrübəli yarımmüdafiəçi açıqlamasında :"Hazırda yeni müqavilə təklif olumayıb. Bunun üçün yekun qərarımıı tez bir zamanda verməliyəm. Avro 2024-də Almaniya millisi ilə oynamaq istəyirəm amma seçmə komandanın baş məşqçisinə də yekun qərarımı deməmişəm. Hər zaman bildirdiyim kimi karyeramı zirvədə bitirmək istəyirəm. "Bavariya"ya dönə bilərəm amma təklif yoxdur",-deyib.
Qeyd edək ki, Toni Kross 2014-cü ildən "Real Madrid" forması geyinir.