"Torino" "Atalanta"nın rusiyalı futbolçusu ilə maraqlanır
“Atalanta”nın rusiyalı futbolçusu Aleksey Mirançukla "Torino" maraqlanır.
Sportline.az "Metaratings"ə istinadla xəbər verir ki, bu barədə onun agenti Vadim Şpinev bildirib.
“Biz bir çox variantları nəzərdən keçiririk. Mirançukla əsasən "Torino" maraqlanır. Bütün əməliyyatlar qışda baş tutacaq” - deyə Şpinev bildirib.
Mirançuk cari mövsüm çıxdığı 4 oyunda fərqlənə bilməyib.